Argentina millisinin İsraillə yoldaşlıq görüşü ləğv edilib.
Apasport.az saytının məlumatına görə, tərəflər arasında danışıqlar uğursuz nəticələnib.
İlkin anlaşmaya əsasən, görüş iyunun 6-da Hayfadakı “Semmi Ofera” stadionunda olmalı idi. Qarşılaşmadan 2,5 milyon dollarlıq gəlir gözlənilirdi ki, bunun da 1,5 milyonu argentinalılara çatacaqdı. Lakin Cənubi Amerika təmsilçisinin İsraillə matçı iqtisadi səbəblərə görə ləğv edilib.
Qeyd edək ki, buna qədər Argentinanın Avstraliya ilə yoldaşlıq oyunu da ləğv olunub. İsrail isə iyunun 6-na Millətlər Liqası çərçivəsində Rusiya ilə qarşılaşmalı idi. Lakin ruslar UEFA-nın bütün rəsmi yarışlarından kənarlaşdırılıb.
- Daha bir futbolçu dünya çempionatını buraxacaq
- Elmar Baxşıyev: "Futbol baxımından "Neftçi" bizdən üstün deyildi
- “Barselona”nın hücumçusunun çənəsi sınıb
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
- Finala doğru: “Qarabağ”ın 9-cu, “Sabah”ın 10-culuq arzusu