“Səbail” daha bir əcnəbi futbolçu transferini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Bakı klubu yarımmüdafiə xəttini argentinalı Franko Mazureklə gücləndirib.
Son mövsümü Kipr klubu “Etnikos”da keçirən 29 yaşlı pleymeyker paytaxt təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. “Boka Xuniors”un yetirməsi olan Mazurek karyerası ərzində Kiprlə yanaşı, Ekvador, Çili, Yunanıstan və Bolqarıstanda da legioner həyatı yaşayıb.
Qeyd edək ki, bu, “Səbail”in yay fasiləsində 7-ci transferi olub. Baş məşqçi postuna Mahmud Qurbanovu gətirən klub Ağabala Ramazanov, Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Rafael Məhərrəmli və Qustavo Moreno de Françanı da heyətinə qatıb.
- “Bavariya”lı futbolçu “Barselona”nın təklifini rədd etdi
- Yay Olimpiya Oyunlarında Azərbaycanın Dövlət Himni səsləndirilib
- Dünya kuboku: Fətəliyeva növbəti mərhələdə, Balacayeva mübarizəni dayandırıb
- Portuqaliya-Çili matçında kütləvi dava - VİDEO
- Avropa Liqası: "Qarabağ" "Ayaks"a da uduzdu - YENİLƏNİB