
Azərbaycan Premyer Liqasının XII turunun "Sabah" - "Zirə" oyunundan (0:1) sonra meydan sahibinin məşqçisi Artur Olenin fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, rusiyalı mütəxəssis öncə görüşlə bağlı danışıb: "Oyun haqda nəsə danışmaq çətindir. Sadəcə onu deyə bilərəm ki, ən yaxşı birinci hissəmizi keçirdik. Hakim oyunu korladı. Namiqə dirsəklə vururlar, görmür, eynisi Apehə də oldu. Lakin bu vəziyyət bizə qarşı olanda qırmızı vərəqə alırıq. Hakim qərəzli idi. Daha nə deyim?".
Cəzalı baş məşqçi Murad Musayevi əvəzləyən Olenin oyunçulara təşəkkür edib: "10 nəfərlə oynasalar da, yaxşı çıxış etdilər, qol vurmaq istədilər. Bu hakimlərə, hakimlər briqadasına rəğmən nəsə etməyə çalışdılar. Hakimlərin bizə qarşı niyə qərəzli olduğunu başa düşə bilmirəm. Hakimlik bərbad idi".
- Yığmamızın kapitanı Macarıstanda ən yaxşı legioner seçildi
- Millimiz yoldaşlıq turnirində iştirak edəcək
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO
- "Abşeron" heyətini yeni libero ilə gücləndirib
- Qurban Qurbanov: “Hakimlərin bəzi qərarları mənim üçün maraqlı olur”