Atıcımız Avropa çempionatında gümüş medal qazanıb
31.07.2025 - 19:50
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Avropa çempionatında 25 metr məsafəyə mərkəzi hədəfə atəş yarışında gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, yarışın 6 raundu üzrə Lunyov ümumilikdə 583 xal və 26 daxili onluq (hədəfin mərkəzinə ən yaxın dəqiq atışlar) toplayıb.
Bu nəticə ilə o, yalnız Ukrayna təmsilçisi Pavlo Korostylovdan geri qalıb. Hər iki idmançı eyni xal toplasa da, sonuncu seriyada göstərilən üstünlük qızıl medalın taleyini müəyyənləşdirib.
- Neymar sabiq komandasına qayıda bilər
- Azərbaycan Prezidenti: Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacaq
- NBA: “Los-Anceles Klippers”dən qələbə
- Anatoli Banişevskinin anadan olmasının 80 illik yubileyi münasibətilə xatirə turniri keçirilib
- Riyad satılmadı - SƏBƏB
0
0