Azərbaycan Voleybol Federasiyasının (AVF) kominikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin olunub.
Apasport.az xəbər verir ki, qurum rəsmisi qadın voleybolçular arasında Çelenc kubokunun 1/16 finalında “Rapid Buxarest" (Rumıniya) və “Roma Volley” (ITA) komandalarının cavab qarşılaşmasında hakimlərin işini qiymətləndirəcək.
Noyabrın 12-də Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək oyunu danimarkalı Morten Enqborq Kleyn və bolqarıstanlı Milena Lazarova-Pyova idarə edəcək.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
- Çingiz Hüseynzadə: "Bu yarış gənc avarçəkənlərimiz üçün böyük təcrübədir"
- Dünya çempionu: “Ümid edirəm, Parisdə də yaxşı nəticələr əldə edəcəyik”
- DÇ-2026: İngiltərə və Polşadan qələbə- YENİLƏNİB
- “Barselona” Fransa klubunun qapıçısını transfer edə bilər
- Mariya Stadnik Azərbaycan millisinin böyük məşqçisi təyin olunub