
İspaniyanın Barselona şəhərində keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq Avropa çempionu olan Pərviz Qasımov və komandanın digər üzvləri - Emin Çaqayev və Şükran Soltanov gecə saatlarında Vətənə qayıdıblar.
Apasport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, idmançıların yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bundan əvvəl Pərviz Qasımov Bakıda keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq mütləq çempion olmuşdu.
O eyni zamanda Milli Konservatoriyada müəllim vəzifəsində çalışır.
- Millimizin üzvü: "Hər iki görüşdə də sona qədər mübarizə apardıq" - Müsahibə
- Samir Abasov: "İkinci oyun bundan da çətin olacaq"
- "Kəpəz" icarə əsasında çıxış edən futbolçunu transfer edib
- Kadi və Veşoviç tezliklə "Qarabağ"ı tərk edə bilər – SƏBƏB
- "Abşeron" "Azərreyl"dən qisasını "Heydər Əliyev Kuboku"nda aldı