Avropa kubokunda 2 medal
11.11.2024 - 00:41
Noyabrın 9-10-da Macarıstanın Dyör şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa kuboku keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması turniri iki medalla başa vurub.
Yarışın 2-ci günündə Canpolad Əliyev (90 kq) fəxri kürsüdə yer alıb. O, bürünc medalla kifayətlənib.
Avropa kubokunun ilk günündə Bayram Orucov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
Qedy edək ki, turnirdə 29 ölkədən 614 idmançı iştirak edib.
- "Qarabağ"ın 3 futbolçusu Avropa Liqasında həftənin rəmzi heyətində
- Braziliya millisinin üzvü "Beşiktaş" yolunda
- Qurban Qurbanov: “Nə olursa-olsun əlimizdəki heyətlə bunlara hazır olmalıyıq“
- Taekvondoçumuz dünya çempionatında bürünc medal qazanıb
- Fransa millisinə şok: EKİTİKE DÜNYA ÇEMPİONATINI BURAXACAQ
0
0