Avropa Olimpiya Təsnifat Turnirinin açılış mərasiminin proqramı bilinib
04.04.2024 - 20:20
Aprelin 5-7-də Milli Gimnastika Arenasında keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinin açılış mərasiminin proqramı müəyyənləşib.
Apasport.az xəbər verir ki, tədbir sabah saat 17:30-da başlayacaq.
Mərasimin rəsmi hissəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos çıxış edəcək.
Açılış mərasiminin bədii hissəsində isə "Talant şou" rəqs qrupunun çıxışı olacaq.
Qeyd edək ki, bu yarışda hər çəkidə 2 güləşçi Olimpiadaya vəsiqə qazanacaq.
- Klopp Premyer Liqada 200-cü qələbəsini qazanıb
- Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında bürünc medal qazanıb
- Portuqaliyalı futbolçu: “Klublarınız “Qarabağ”ın etdiklərindən ruhlanmalıdır” - MÜSAHİBƏ
- “Qəbələ”nin üzvü əməliyyat olunub
- Kostyuk “Qarabağ”ın gücünü vurğuladı – ”GÜCLÜ RƏQİBDİR”
0
0