Avropa Oyunları: Lunyovla Nəsirovadan sonuncu yer
27.06.2023 - 12:44
Krakov-2023 III Avropa Oyunlarının atıcılıq yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün qarışıq komandaların tapança ilə 25 m məsafədən atəş açma yarışına start verilib.
Azərbaycan yığması da təsnifat mərhələsində qüvvəsini sınayıb. Ruslan Lunyov və Nigar Nəsirova hədəf önünə keçib.
Onlar yarışı 525 xalla başa vurub. Təmsilçilərimiz 9 komanda arasında sonuncu olub.
Qeyd edək ki, ilk 8 yerin sahibi final mərhələsinə yüksəlib.
- Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib
- U-16 millimiz Gürcüstanı məğlub etdi
- Premyer Liqa klubu Çempionşipə düşdü - 11 futbolçu ilə yollar ayrıldı
- Paris-2024 basketbol yarışlarının püşkatması KEÇİRİLDİ
- Güləşçimiz Qazaxıstanda bürünc medal qazanıb
0
0