"Şamaxı" Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyun bərabərliyə gedirdi. Yüz faizlik qol fürsətlərindən istifadə edə bilmədik. Çempionatın əvvəlidir. Oyundan-oyuna daha yaxşı olacağıq. Qol buraxandan sonra komandanın oyunundan razı qaldım. Bəzi futbolçular yenidir. Çempionata uyğunlaşmadıqları görünür. Amma qarşımıza qoyulan məqsədə çatacağıq. Komandaya inanıram.
- Çatışmayan cəhətləriniz nədir?
- Çatışmazlıqlar çoxdur, bunu bilirik. Sıfırdan qurulan komandayıq. Adi qol epizoduna baxın. Futbolçuların bir-birini başa düşməməsi görünür. Rəqib bir faiz şansından istifadə etdi. "Araz-Naxçıvan"ın heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular çoxdur. Maçado bir epizoddan yararlandı. Bu da onun ustalığıdır. Çatışmazlıqlar çoxdur deyə həvəsdən düşməli deyilik.
- Zaur Əzizov: "Emin qalmaq istəyir, Regekampfın gedişi müzakirə mövzusu deyil"
- “Formula 1” üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
- Azərbaycanın cüdo nümayəndə heyəti beynəlxalq seminara qatılacaq
- Beynəlxalq İdman Jurnalistləri Günüdür - 2 iyul
- Lautaro Martinez karyerası barədə maraqlı açıqlama verib