Ayxan Abbasov mətbuat önünə çıxacaq
07.06.2026 - 23:41
Ayxan Abbasov mətbuat önünə çıxacaq

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının iyunun 9-da San Marino yığması ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, milli komandamızın yoldaşlıq görüşü öncəsi təşkil olunacaq mətbuat konfransının və açıq məşqinin vaxtı dəqiqləşib:

8 iyun

Azərbaycan milli komandası

20:30. Mətbuat konfransı
21:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.