Ayyub Allaş Premyer Liqada qala bilər
27.05.2024 - 20:39
“Qəbələ”dən ayrılan Ayyub Allaş yeni mövsümə Azərbaycan Premyer Liqasında başlamağa yaxındır.
Apasport.az saytına verilən məlumata görə, əksər Premyer Liqa klubları belçikalı futbolçuya maraq göstərir.
Onlar arasında “Sabah”, “Zirə”, “Kəpəz” və “Səbail” klubları var. Hazırda bütün komandalar futbolçunu heyətinə qatmaqda israrlıdır.
Maliyyə məsələsi Allaşın yeni seçimində önəmli rol oynayacaq.
26 yaşlı futbolçu 2023-cü il fevralın 6-da "Virton"dan “Qəbələ”yə keçib. O, daha əvvəl “Lyers”, “Svope Park” klublarında da forma geyinib.
- Danilo Dias “Qarabağ”ın hegemonluğunun sirrini açıqladı - MÜSAHİBƏ
- Azərbaycanın boks milliləri bu ilin ilk təlim-məşq toplanışına start veriblər
- Elmar Baxşıyev: "Futbolçunun başı yarılmalıdır ki, penalti verilsin?"
- Çalhanoğlu: "Bəzən belə şillə yemək yaxşı olur"
- Qurban Qurbanov: "Bu gün "Sabah" qələbəyə layiq idi"
0
0