Misli Premyer Liqasının XXI turunda "Kəpəz" "Sabah"la bacarmayıb - 0:1.
Apasport.az xəbər verir ki, matçdan sonra gəncəlilərin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
"Futbolçularıma yaxşı vuruşmaqları üçün təşəkkür edirəm. Ani diqqətsizlikdən qapımızdan qol buraxdıq. Ən yaxşı oyunçularımızı meydana buraxdıq. Futbolçularım üçün gözəl təcrübə oldu. Soyuq havada stadiona gələn azarkeşlərə də minnətdarlığımı bildirirəm".
- Ötən mövsüm komandanı Premyer Liqada saxlamağı bacardınız. Bu il də bunun üçün çalışırsınız. Hər iki mövsümü müqayisə etsəniz, nə kimi çətinlik və ya dəyişiklik görürsünüz?
- Fərqlər ondan ibarətdir ki, ötən il legioner daha çox idi. Digər komandalarla müqayisə etsəniz, ən az legioner hazırda bizdədir. Əlimizdən gələnin yaxşısını etməyə çalışırıq. "Turan Tovuz"la matçda fikir versəniz, rəqibdə 2 azərbaycanlı futbolçu var idisə meydanda, bizdə bu rəqəm 9 idi. Bu gün keçirilən matçda da "Sabah"ın heyətində elə bir məqam oldu ki, meydanda rəqibdə azərbaycanlı futbolçu yox idi, bizdə isə 7 nəfər mübarizə aparırdı.
- "Neftçi" ilə son matçda "Kəpəz" azarkeşlərinin "Neftçi" fanatları ilə birlikdə "Qarabağ"a qarşı şüarlarını necə dəyərləndirirsiniz?
- Bu şüar haqda eşitməmişəm. "Qarabağ"la bizim nə ədavətimiz, nə də xüsusi rəqabətimiz var. Azərbaycanda Avropadakı uğurlarına görə, hörmət olunası klub varsa, bu "Qarabağ"dır.