Azər Bağırov: “Komandam yaxşı təsir bağışladı"
17.01.2026 - 17:25
"Kəpəz" bu gün "Karvan-Yevlax"la yoxlama oyununda üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb - 0:0.
Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:
"Oyun yaxşı keçdi. Bu matçda da gənc futbolçulara və yeni transferlərimizə şans verdik. Yaxşı təsir bağışladılar. Bununla da təlim-məşq toplanışını başa vurduq. 1 günlük istirahətdən sonra "Qababağ"la oyunun hazırlıqlarına başlayacağıq. Mövsümün qalan hissəsində daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq".
- “Qarabağ”dan yeni transfer
- Sumqayıtın futbolçusu: "Ümid edirik ki, azarkeşlər hər oyun stadionu dolduracaq" -Müsahibə
- "Aston Villa"dan "Barselona"ya 50 milyonluq təklif
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Samir Abasovun heyətdən göndərəcəyi futbolçu
0
0