Azərbaycan bilyardçısı Avropa çempionu olub
17.04.2024 - 11:42
Azərbaycan bilyardçısı Tofiq Quliyev Moldovanın Kişinyov şəhərində keçirilmiş piramida üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Apsport.az xəbər verir ki, təmsilçimiz 7 ölkədən 70 idmançı arasında birinci yeri tutub.
Azərbaycanın digər təmsilçisi Niyazi Xələfov isə bürünc mükafatın sahibi olub. Gümüş medala isə Ukrayna bilyardçısı Dmitro Pokotilski layiq görülüb.
Bununla da Azərbaycan yığması turniri 2 medalla başa vurub.
- Avropa Olimpiya Komitəsinin Rusiya və Belarusla bağlı qərarı dəyişmədi
- Vaqif Cavadov: “Ardıcıl qələbələr onların yaxşı formada olmasından qaynaqlanır” - MÜSAHİBƏ
- Slovakiya Belçikanın məğlubiyyətsizlik seriyasına son qoydu
- Ceyhun Sultanov: “Şəffaflıqdan söhbət gedirsə, bunu etməlidirlər” - MÜSAHİBƏ
- Rimas Kurtinaytis: “Qələbənin açarı müdafiədədir”
0
0