Azərbaycan futbolunda nadir təsadüf olunan hadisə baş verib.
Apasport.az saytının məlumatına görə, ölkə çempionatının birinci divizionunda 5 qol vuran komanda məğlub olub.
Bu, 11 qollu oyun qeydə alındığı “Turan Tovuz-2” – “Araz Naxçıvan” qarşılaşmasında yaşanıb. Tovuz şəhər stadionundakı top yağışında qonaqlar 6:5 hesabı ilə qələbə qazanıb. Bu, futbolda gec-gec rast gəlinən hesabdır.
İlk 45 dəqiqə matçın belə axarına işarə olub. Fasiləyədək komandalar hərəyə üç dəfə fərqlənib.
İkinci hissədə 6 deyil, az qol vurulub – 5 top. Amma ümumi məhsuldarlıq 11-ə çatıb. Görüşdə 2 dubl və 2 avtoqol qeydə alınıb.
I divizion
XXII tur
“Turan Tovuz-2” – “Araz-Naxçivan” – 5:6
Akif Tağıyev, 7, Elvin İsmayılov, 20, Həzrət İsayev, 29 (avtoqol), Elçin Qasımov, 68, Abbas Ağazadə, 71 // Orxan Əliyev, 11, 88, Bayraməli Qurbanov, 13, 62, Səbayıl Bağırov, 30 (avtoqol), Fəhmin Muradbəyli, 72
- Azərbaycan – Qazaxıstan matçının biletləri satışa çıxarıldı
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?
- Samir Şərifov: III MDB Oyunlarının təşkilində ən yüksək standartlar təmin edilib
- "Qarabağ"ın kapitanı: "Alonso taktiki cəhətdən “Qarabağ”dan üstün olmadı"
- Los-Anceles 2028 üçün: Parataekvondoçularımız Nürnberqdə yarışacaq