Azərbaycan çempionatının oyunları təxirə salındı - SON DƏQİQƏ
21.02.2025 - 18:31
Futbol üzrə Azərbaycan çempionatının II Liqasının matçları təxirə salınıb.
Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Buna səbəb paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti olub.
PFL II Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib. Oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.
Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.
- Rəşad Rəsullu: "O, intizamsızlığa görə imtahandan kəsildi"
- “Atletiko”dan Vitsel qərarı
- Ehtiram Quliyev Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesi ilə tanış olub - FOTO
- “Qarabağ”ın komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Türkiyə komandaları UEFA-dan nə qədər qazanıb?
0
0