Futzal üzrə Çempionlar Liqasında mübarizə aparan “Araz-Naxçıvan” turnirdə növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, təmsilçimiz Latviyada təşkil olunan ilkin mərhələnin II turunun matçına çıxıb.
Azərbaycan çempionu Almaniyanın “Yan Reqensburq” klubu ilə üz-üzə gəlib. Dünən baş tutan ilk turda Türkiyə təmsilçisi “İstanbul Şişli”ni 9:1 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” yenə azarkeşlərini sevindirib.
Təmsilçimiz favoriti olduğu görüşdə yenə asan qələbə qazanıb. Artıq ilk hissədə üç cavabsız qol vuran “Araz-Naxçıvan” fasilədən sonra fərqi daha da artırıb.
Naxçıvanlılar yekunda 5:0 hesablı qələbə qazanıb. Bu qarşılaşmada Lukas, Erik, Xəzər Ağalızadə, İsa Atayev və Xətai Bağırov qol sevinci yaşayıb.
Qeyd edək ki, qrupda son oyununu avqustun 26-da keçirəcək Azərbaycan çempionunun rəqibi Latviyanın “Riqa” klubu olacaq.
- Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı bəlli olub
- “Qarabağ” və “Neftçi”nin legionerləri milliyə çağırılıb
- CEV-in İdarə Heyətinin ilk iclası keçirilib
- “Karvan-Yevlax”dan ayrıldı, Azərbaycanda qaldı - LEGİONERİN TALEYİ BƏLLİ OLDU
- “Mançester Siti” eyni anda 4 "Jirona"lı ilə maraqlanır