Azərbaycan cüdoçuları Almaniyada təlim-məşq toplanışlarına qatılıblar
28.03.2024 - 09:26
Azərbaycanın yeniyetmə cüdoçuları Almaniyada beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.
Apaspsort.az xəbər verir ki, qızlardan ibarət komanda Türingiya şəhərində hazırlıq prosesində iştirak edib.
Toplanış aprelin 6-7-də Çexiyanın Teplitse şəhərində keçiriləcək Avropa Kubokuna, mayın 4-5-də Göygöldə təşkil olunacaq Avropa Kubokuna, iyun və avqust aylarında gerçəkləşəcək Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
Gənclərdən ibarət yığmanın üzvləri isə Bremendə beynəlxalq təlim-məşq toplanışına qatılıb. Onlar martın 30-dək Hannoverdə məşq edəcəklər.
- Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirilib
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib
- “Mançester Yunayted” keçmiş futbolçusunu geri qaytara bilər
- Qvardiola İtaliyaya “yox” deməyə hazırlaşır – Maaş və istirahət...
- Van Basten: “O, əsl ağlayan uşaqdır”
0
0