Azərbaycan derbisi 100-cü dəfə baş tutacaq
09.11.2025 - 15:33
Azərbaycan derbisi 100-cü dəfə baş tutacaq

Azərbaycan çempionatları tarixində ilk dəfə “Qarabağ” və “Neftçi” cütü 100-cü dəfə üz-üzə gələcək.

Apasport.az xəbər verir ki, indiyə qədər ən çox qarşılaşan digər cütlər “Qarabağ” – “Şamaxı” və “Neftçi” – “Şamaxı” duelləri olub, hərəsi 79 dəfə baş tutub.

Peşəkar Futbol Liqası Azərbaycan derbisi oyunlarının statistikası belədir:

99 oyundan 49-u “Qarabağ”ın, 48-i “Neftçi”nin meydanında, 2-si neytral meydanda keçirilib.

İlk oyun – 26.09.1992. “Neftçi” – “Qarabağ” – 1:1

İlk qələbə - 20.10.1992. “Qarabağ” – “Neftçi” – 2:1

İlk səfər qələbəsi – 04.11.2000. “Qarabağ” – “Neftçi” – 0:4

Neytral meydandakı oyunlar - 29.04.1996. “Qarabağ” – “Neftçi” – 1:2, 06.06.1996. “Neftçi” – “Qarabağ” – 2:2

Yalnız bir mövsümdə qarşılaşmayıblar - 1993

Nəticəsi ləğv olunan yeganə matç: 04.03.2001. “Neftçi” – “Qarabağ” – 1:0 (+:-)

2001/02 mövsümündə 2, 2019/20 mövsümündə 1 oyun çempionat dayandığı üçün baş tutmayıb.