AFFA U-15 Liqasında EFA – “Qəbələ” oyunu baş tutmayıb.
Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin baş məşqçisi Namiq Hacızadə məlumat yayıb.
Mütəxəssis sosial şəbəkə hesabında matçın keçirilməməsinin səbəbini açıqlayıb:
“Deyirik ki, futbolumuz niyə bu gündədir. U-15 Liqasında keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Səbəb isə həm gülməli, həm ağlamalıdır. Uşaq futboluna nəzarət edən hörmətli şəxslər oyuna hakim təyin etməyi unudub. Qəbələdən Bakıya gedən komandamız 16:30-a kimi gözləyib, sonra geri qayıdıb. Bu, hələ U-15 Liqasıdır. İnanın, daha aşağı liqalarda olan biabırçılıqlar lap dəhşətdir”.
- "Beşiktaş" 5 futbolçunu yola salır - İddia
- Avarçəkənlərimiz beynəlxalq reqatada mübarizə aparacaq
- Azərbaycan hakimləri üçün fiziki hazırlıq məşqləri təşkil olunub
- Ceyhun Sultanov: "Musanın hansı liqada oynamaq şansı var idisə, ora da getdi" - MÜSAHİBƏ
- Atıcılarımız Avropa çempionatında bürünc medal qazanıblar