Oktyabrın 23-də Bəhreyn Krallığının Manama şəhərində keçiriləcək Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında iştirak edəcək Azərbaycan idman nümayəndə heyəti yola düşüb.
Apasport.az xəbər verir ki, oktyabrın 31-dək davam edəcək yarışda ölkəmizi məktəb və orta ixtisas təhsil müəssisələrində təhsil alan 18 yaşadək 160 idmançı təmsil edəcək. 71 ölkənin iştirak edəcəyi yarışda Azərbaycan idmançıları 16 idman növündə mübarizə aparacaqlar.
Ölkəmiz bu yarışlarda aerobika gimnastikası, bədii gimnastika, idman gimnastikası, badminton, boks, kamandan oxatma, güləş, tennis, taekvondo, stolüstü tennis, qılıncoynatma, şahmat, cüdo, paracüdo, üzgüçülük və paraüzgüçülük idman növləri üzrə təmsil olunacaq.
- Entoni Braziliya millisindən kənarlaşdırıldı - SƏBƏB
- “Qarabağ” dünya reytinqində daha 11 pillə irəlilədi
- “Biz rəqibə uyğun yox, öz istəyimizə uyğun futbol oynamalıyıq” - Adil Şükürov
- Nazim Əliyev: “Bir balaca pul olan kimi o saat xaricdən oyunçu dəvət edirlər.” - MÜSAHİBƏ
- "İmişli"dən ayrıldı, I Liqa klubuna keçdi