Azərbaycan klubuna texniki məğlubiyyət veriləcək - Səbəb
17.10.2024 - 15:41
Futbol üzrə Azərbaycan çempionatının II Liqasında VII tura start verilib.
Apasport.az-ın məlumatına görə, bu gün baş tutmalı olan 4 qarşılaşmadan 1-i keçirilməyib.
Saat 15:00-da başlamalı olan “Şəfa” - “Lerik” matçı ləğv olunub. Buna səbəb qonaqların oyuna gəlməməsidir.
Qaydalara əsasən, gecikən komanda 35 dəqiqə gözlənilib. Lakin “Lerik” vaxtın tamamında “ASK Arena”da olmadığından matç ləğv olunub.
Bu səbəbdən cənublulara texniki məğlubiyyət veriləcək. Qərar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında rəsmiləşəcək.
İsmayıl Xeyrullayev
- "Mançester Siti" Braziliyadan futbolçu transfer edir
- Kadinin imzalı formaları satışda
- "Neftçi"nin yeni məşqçisi haqqında: "Birbaşa hücum futbolu oynadan məşqçidir" - Müsahibə
- Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu start götürüb
- Azərbaycan Kubokunda 34-cü dəfə qalib penaltilər seriyasında müəyyənləşib
0
0