Azərbaycan klubundan Çempionlar Liqasında ilk
01.09.2022 - 22:06
Azərbaycan minifutbol tarixində bir ilk yaşanıb.
Apasport.az Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Beerbaşa” komandası EMF Çempionlar Liqasında ilk qələbəsini qazanıb.
Təmsilçimiz 2022-ci il mövsümünün B qrupunun ikinci turu çərçivəsində Bolqarıstan təmsilçisi “DXC Technology”ni 5:1 hesabıyla məğlub edib. “Beerbaşa” avrokuboklarda qələbə və ilk xal qazanan Azərbaycan klubu kimi adını minifutbol tariximizə yazdırıb.
Qeyd edək ki, bunadək təmsilçilərimiz turnirdə xal qazanmayıb.
- Zamiq Əliyev: "Az da olsa, ümidim var idi ki, bəlkə millidən dəvət gələr" - Müsahibə
- İtaliya A Seriyası: "İnter"dən qələbə
- “Selye”nin futbolçusu: “Rəqibi məğlub etmək üçün bütün məlumatlara sahibik”
- Avropa Liqası: "Beşiktaş" yenə "Luqano" ilə qarşılaşacaq
- İngiltərə minimal hesabla qalib gəldi - YENİLƏNİB
0
0