Azərbaycan klubundan tarixi uğur - Çempionlar Liqasında
02.09.2022 - 15:42
Minifutbol üzrə “Beerbaşa” klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib.
Apasport.az Azərbaycan Minifutbol Federasiyasına istinadən xəbər verir ki, təmsilçimiz EMF Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir.
“Beerbaşa” III turda Rumıniya klubu AEK-i məğlub edib. 4:0 hesablı qələbə Azərbaycan klubuna 1/8 finala vəsiqə qazandırıb.

Təmsilçimiz bu qələbə ilə daha bir tarixi uğura imza atıb. Tarixdə ilk dəfə Azərbaycan klubu minifutbol üzrə Çempionlar Liqasında mərhələ adlayıb.
Qeyd edək ki, “Beerbaşa” qrup mərhələsində keçirdiyi üç oyunda 2 qələbə qazanıb.
- Millimiz Füzuli və Şuşa şəhərlərinə səfər edib - FOTO
- Tahir Gözel: "Hər kəs gördü ki, "Qarabağ" rəqibdən üstün oynadı" - VİDEO
- "Fənərbaxça" Kanteni rəsmən açıqladı: "Bəzi hekayələr vaxt alar"
- Azərbaycan Kuboku: "Şimal", “Ağdaş” və “Hypers”dən qələbə - YENİLƏNİB
- Boksçularımız Gürcüstandan 12 medalla qayıdır
0
0