Azərbaycan kubokunun 2022/23 mövsümünün mükafatlandırma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, tədbirdə mükafatları AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katibi Sərxan Hacıyev və PFL-in prezidenti Elxan Səmədov təqdim edib.
“Bakcell Arena”da əvvəlcə “Neftçi” – “Qəbələ” matçının (0:1) ədalət təmsilçiləri xatirə hədiyyələri alıb. Hakimlər briqadası, hakim-inspektor və AFFA nümayəndəsi fəxri kürsüyə qalxıb.
Ardınca finalda uduzan “Neftçi”nin üzvləri mükafatlarını alıblar. Ən sonda kürsüyə kubokun qalibi “Qəbələ”nın oyunçuları çıxıb. Öncə futbolçu və məşqçi heyətinə qızıl medallar təqdim olunub. Sonda komandanın ən təcrübəli üzvü və zədə üzundən finalda iştirak etməyən Asif Məmmədov kuboku başı üzərinə qaldırıb.
- Azərbaycan Kuboku: Mövsümün ilk təyinatları açıqlanıb
- Qurban Qurbanov qrup mərhələsinin püşkünü dəyərləndirdi
- Çeferin: “Rusiya klublarının avrokuboklarda çıxış edəcəyinə əmin deyiləm”
- Bilyard üzrə Azərbaycan çempionatının qalibi bəlli olub
- Azərbaycan Kuboku: “Neftçi” 90+8 qolu ilə finala çıxdı - YENİLƏNİB