Azərbaycan millisi Macarıstana məğlub olub
12.07.2024 - 21:56
Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində doğma meydanda növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunun V turunda, "Liv Bona Dea Arena"da Macarıstan yığması ilə üz-üzə gəlib.
Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 5:0.
Azərbaycan millisinin 4 oyundan sonra 4 xalı var.
Qeyd edək ki, millimiz növbəti oyununu iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək.
- Beş karateçimiz dünya çempionatına lisenziya qazanıb - FOTO
- Azərbaycanın gimnastika mütəxəssisləri beynəlxalq seminara dəvət alıblar
- Türkiyə millisi səfərdə Xorvatiyanı məğlub etdi
- Fərid Xəlilov Voleybol Federasiyasında vəzifəsindən uzaqlaşdırıldı
- Rio Ferdinand: “Pley-offlarda “Real”a mərc etdim, məhv oldum”
0
0