Azərbaycan millisinin insult keçirən sabiq futbolçusunun son durumu bəlli olub
13.02.2024 - 11:55
Xəstəxanaya yerləşdirilən Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin son durumu bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə "Report"a 51 yaşlı keçmiş hücumçunun ailəsindən məlumat verilib.
İnsult keçirən Vasilyev hazırda reanimasiyadadır. Onun vəziyyətinin stabil-ağır olduğu bildirilib.
Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.
- “Neftçi” “Araz-Naxçıvan”la matça itkilərlə çıxacaq
- "Roma" Mourinyunun Portuqaliya millisində işləməsinə qarşıdır
- Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb
- Busketsin "Barselona"dan ayrılacağı vaxt bilindi
- Rahid Əmirquliyev: "Ayxan Abbasova vaxt versələr, nəyəsə nail ola bilərik"
0
0