Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığması ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.
Apasport.az xəbər verir ki, oktyabrın 21-də təlim-məşq toplanışına başlayacaq millimiz ayın 25-də, saat 16:00-da Portuqaliya yığmasını Mərdəkandakı “Liv Bona Dea Arena”da qəbul edəcək.
Bundan 4 gün sonra, Bakı vaxtı ilə saat 23:45-də Vizela şəhərindəki eyniadlı stadionda cavab görüşü baş tutacaq.
Milliyə dəvət olunan futbolçuların adlarını sizə təqdim edirik:
|
S. |
Ad/Soyad |
Klub |
|
1 |
Aytac Şərifova |
Hakkarigücü (Türkiyə) |
|
2 |
Nərgiz Əliyeva |
Fatih Vətən (Türkiyə) |
|
3 |
Günay İsmayılova |
Neftçi |
|
4 |
Aysun Əliyeva |
Neftçi |
|
5 |
Nigar Mirzəliyeva |
Zenit (Rusiya) |
|
6 |
Nərgiz Hacıyeva |
Aktobe (Qazaxıstan) |
|
7 |
Manə Mollayeva |
Neftçi |
|
8 |
Fidan Cəfərova |
Neftçi |
|
9 |
Yeliz Acar |
Fatih Vətən (Türkiyə) |
|
10 |
Kamilla Məmmədova |
Okjetpes (Qazaxıstan) |
|
11 |
Vüsalə Seyfəddinova |
Neftçi |
|
12 |
Firəngiz Teymurova |
Neftçi |
|
13 |
Jalə Məhsimova |
Bəylərbəyi Spor (Türkiyə) |
|
14 |
Peritan Bozdağ |
Fatih Vətən (Türkiyə) |
|
15 |
Nazlıcan Parlak |
Qalatasaray (Türkiyə) |
|
16 |
Coşqunə Əliyeva |
Neftçi |
|
17 |
Sevinc Cəfərzadə |
Krasnodar (Rusiya ) |
|
18 |
Kristina Bakarandze |
Qalatasaray (Türkiyə) |
|
19 |
Ayşən Əhmədova |
Krılya Sovetov (Rusiya) |
|
20 |
Alina Dorofeyeva |
Yenisey (Rusiya) |
|
21 |
Diana Məmmədova |
Yenisey (Rusiya) |
|
22 |
Milana Rəhimova |
Ünyespor (Türkiyə) |
|
23 |
Vüsalə Hacıyeva |
Ünyespor (Türkiyə) |
|
24 |
Ayşən Salamzadə |
Neftçi |
Qeyd edək ki, Ayşən Salamzadə oktyabrın 25-də keçiriləcək Azərbaycan – Portuqaliya oyunundan sonra 17 yaşadək qızlardan ibarət millinin düşərgəsinə qoşulacaq. U-17 Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsində, oktyabrın 30-da Serbiya, noyabrın 3-də isə Lüksembuq seçməsi ilə qarşılaşacaq.