Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
11.05.2026 - 23:22
Azərbaycan atıcılıq millisi beynəlxalq arenada növbəti uğuruna imza atıb.
Apasport.az xəbər verir ki, Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa Çempionatında qadınlardan ibarət komandamız 25 metr məsafəyə standart tapançadan atəş yarışında üçüncü yeri tutaraq bürünc medal qazanıb.
Komandanın heyətində yer alan Nigar Nəsirova, Zeynəb Sultanova və Xana Əliyeva fəxri kürsüyə yüksəliblər.
- “Fənərbaxça”nın futbolçusu həbs oluna bilər - SƏBƏB
- Elnur Cəfərov: "I Liqada Azərbaycan futboluna xeyir verə biləcək futbolçular var"
- DÇ-nin bütün matçlarını izləmiş jurnalist rekordlar kitabına salınmadı
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
- Azərbaycan idmançısının Olimpiadadakı problemi
0
0