“Formula-1” üzrə Azərbaycan Qran-prisində mükafatlandırma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, mövsümün 8-ci mərhələsinin qalibləri mükafatlandırılıb.
Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq ölkələrinin dövlət himnləri səsləndirilib.
Qran-Prinin qalibi Maks Ferstappenə kuboku Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib.
Bu gün keçirilən sonuncu yarışı zirvədə tamamlayan Ferstappen (“Red Bull”) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. İkinci olan onun komanda yoldaşı Serxio Peres və finişə üçüncü çatan Corc Rassell (“Mercedes”) də kubokla mükafatlandırılıb.
- Mastercard Insights: İdmanı Turizmin Katalizatoru kimi
- Messi: "Artıq futbolda arzum yoxdur, karyeramda hər şeyə nail olmuşam"
- Şahmat üzrə Azərbaycan çempionatının qalibləri sabah müəyyənləşəcək
- Hakan Sünal: “Azərbaycan futbolu “jiquli” sürəti ilə irəliləyir” - VİDEO
- Premyer Liqa: Autsayder mövsümdə ilk qələbəsini qazanıb