Azərbaycan - Yunanıstan oyununun təyinatları açıqlanıb
13.01.2025 - 10:34
Futzal üzrə Azərbaycan millisinin Bakıda Yunanıstana qarşı keçirəcəyi AVRO-2026-nın əsas mərhələsinin oyunu üçün təyinatlar bəlli olub.
Apasport.az xəbər verir ki, qarşılaşmaya Norveç və Almaniyadan olan ədalət təmsilçiləri təyinat alıblar.
Hakimlər Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç) olacaq. Hakim-inspektor vəzifəsini Sreten Vasiç (Serbiya) yerinə yetirəcək. UEFA nümayəndəsi isə Vladimir Kolbasyuk (Moldova) olacaq.
Qeyd edək ki, Azərbaycan - Yunanıstan görüşü fevralın 4-də, saat 20:00-da başlayacaq.
- Mbappe Messi və Ronaldonu arxada qoydu
- Baloqunun cəzasını təkbaşına ləğv edib - FIFA-da qalmaqallı qərar
- Azərbaycan yelkənçiləri Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
- Alman vurur, ingilis sevinir - 46 min 380 dollarlıq qazanc
- Almaniya millisinin üzvü Premyer Liqaya qayıda bilər
0
0