Azərbaycanda işləmiş baş məşqçi Gürcüstan millisində - RƏSMİ
26.09.2026 - 19:32
Gürcüstan millisinin baş məşqçi postunda dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, Gürcüstan Futbol Federasiyası Villi Sanyolla yollar ayrılıb.
2021-ci ildən millini çalışdırmış fransalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Millini kimin çalışdıracağı da dəqiqdir. Yığma komanda Ramaz Svanadzeyə tapşırılıb. O, Gürcüstan yığmasını 2028-ci ilə qədər çalışdıracaq.
Qeyd edək ki, Ramaz Svanadaze "İnter"də (indiki "Şamaxı") Zaur Svanadzenin köməkçisi kimi işləyib.
- Rikelme Haaland iddiasından geri çəkilmir – “Prezident olsam, “Real”da oynayacaq”
- “Zirə”nin avrokubokda ev oyunlarının stadionu dəqiqləşdi
- Basketbolçularımız Dünya Seriyasının final mərhələsində ilk qələbəsini qazanıb
- “Paris” müdafiəçini aldı – 20 milyon avroluq transfer
- Voleybol Millətlər Liqası: Türkiyə çempion!
0
0