Azərbaycanda məşqçi futbolçunu iclasda döydü, ağız-burnunu partlatdı
18.01.2023 - 17:59
“Zaqatala”da insident yaşanıb. Hadisə komandadaxili toplantıda baş verib.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, çalışdırıcı Rüstəm Məmmədovun köməkçisi Nəsib Əliyev yığıncaqda futbolçulardan biri ilə mübahisə edib, onun üstünə qışqırıb.
Bundan ürəyi soyumayan məşqçi həmin oyunçuya fiziki təzyiq göstərib, sillə-təpiyin altına salıb.
Ağız-burunu “dağılan” komanda üzvünü Əliyevin əlindən güclə alıblar.
Çox qəribədir ki, Rüstəm Məmmədov olaya seyrçi qalıb. Baş məşqçi yardımçısının hərəkətinə haqq qazandırıb.
- “Yuventus”un müdafiəçisi İngiltərə və Fransa klublarının diqqət mərkəzində
- "Mançester Yunayted"dən "Fənərbaxça"ya şad xəbər: Kadıköyə gələ bilməyəcək
- İlin ən yaxşı hakimi bəlli olub
- Şahruddin Məhəmmədəliyev: “Məni sevib-sevmədiklərini özlərindən soruşa bilərsiniz” - Müsahibə
- “Qəbələ” üçün 15 əcnəbi – “Fehervar”ın iştirak ərizəsi
0
0