Azərbaycanın FIFA referisi Gürcüstan – Kipr oyununa təyinat alıb
03.06.2024 - 14:56
Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – Kipr oyununa təyinat alıb.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, C liqasının I qrupunun matçında referiyə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər. Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.
Qeyd edək ki, Tbilisidəki “Mixeil Mesxi II” stadionunda təşkil olunacaq görüş iyunun 4-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
- "Qalatasaray"ın ulduzu komandadan ayrılmağa yaxındır
- “Şamaxı” portuqaliyalı futbolçu transfer edib
- Bernardo Dias: "Juninyo fantastik futbolçudur" - Müsahibə
- “Qarabağ”la “Neftçi”nin futbolçuları oynadı, komandaları uduzdu
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
0
0