
Rusiyanın İdman Nazirliyi, Olimpiya Komitəsi və İdman Qurğuları Assosiasiyası tərəfindən təşkil edilən ən yaxşı idman qurğuları müsabiqəsində Azərbaycanın iki idman kompleksi fərqlənib.
Apasport.az xəbər verir ki, “Ən möhtəşəm idman qurğusu” nominasiyasında Milli Gimnastika Arenası ikinci yerə layiq görülüb. Heydər Əliyev adına İdman-Konsert Kompleksi isə Təşkilat Komitəsinin xüsusi seçilən obyekti olub.
Müsabiqədə Rusiya ilə yanaşı, 4 ölkənin - Azərbaycan, Özbəkistan, Belarus və Ermənistanın idman qurğuları da yarışıblar.
Qeyd edək ki, münsiflər heyətində Azərbaycanı Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Fikrət Hüseynov təmsil edib.
- Cüneyt Biçer: "Toral Bayramov və Mahir Emreli ilə yenidən birlikdə işləmək istəyərdim" - Müsahibə
- Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
- Arda Turan İstanbul klubuna baş məşqçi təyin edildi
- Turan Manafov: “İsveç və Belçika ilə oyunlarda xal qazana bilərik” - Müsahibə
- Mark Tamaş: "İlk oyunu səbirsizliklə gözləyirəm" - VİDEO