Azərbaycanlı FİFA referisi Danimarkada
13.01.2025 - 12:13

FİFA referisi Əli Cəbrayılov növbəti dəfə təyinat alıb.
Apasport.az xəbər verir ki, bunu futzal federasiyasının mətbuat xidməti açıqlayıb.
O, AVRO-2026-nın əsas mərhələsi çərçivəsində fevralın 1-də keçiriləcək Danimarka – Qazaxıstan matçında 3-cü hakim funksiyasını yerinə yetirəcək.
Birinci və ikinci referi kimi müvafiq olaraq slovaklar - Rastislav Behancin və Martin Matula təyin edilib. Hakim-inspektor İqor Baboviç (İsveç), UEFA nümayəndəsi Jyrki Filppu (Finlandiya) olacaq.
- "Ultimate Azerbaijan" ilk dəfə Azərbaycanı təmsil edəcək
- Kriştiano Ronaldonun qolu “Əl-Nəsr”ə üç xal qazandırdı
- Yunan-Roma güləş millimiz 3 gümüş medalla kifayətləndi
- Basketbolçu qızlarımız Avropa çempionatına böyük hesablı qələbə ilə start verib - FOTO
- Misli.az-ın lotereyasının qalibləri Avro-2024 finalını stadiondan izlədilər
0
0