Azərbaycanlı hakim Parisdə final görüşünü idarə edib
10.08.2024 - 12:49
XXXIII Yay Olimpiya Oyunları davam edir.
Apasport.az xəbər verir ki, idmançılarımızla yanaşı bu Olimpiya oyunlarında güləş idman növü üzrə yarışların idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev də təmsil edir.
Ötən gün 87 kq çəki dərəcəsində Bolqarıstan təmsilçisi Semyon Novikovla iranlı Əlirza Məhəmmədpiani arasında keçirilən final qarşılaşmasının idarə olunması həmyerlimiz Asif Şirəliyevə həvalə olunub.
Şirəliyevin idarə etdiyi yarış bolqarıstanlı idmançının qələbəsi ilə başa çatıb.
- Mourinyo açıqladı: Ronaldo "Fənərbaxça"ya gəlir?
- Braziliya millisinin üzvü MLS klubunun radarında
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- "Trabzonspor"la qarşılaşmada "Beşiktaş"a kömək edə bilməyəcək
- AMADA “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş beynəlxalq konfrans keçirəcək
0
0