"Bizi daha da çətin oyunlar gözləyir".
Apasport.az xəbər verir ki, bunu "Azərreyil"in kapitanı Aynur İmanova deyib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında “Azərreeyl”in avrokubokda növbəti mərhələyə yüksəlməsi ilə bağlı fikirləini bildirib: "Hər iki qələbə münasibətilə də komandamı təbrik edirəm. Düşünürəm ki, bundan daha da çətin oyunlar bizi gözləyir. Bunun üçün biz əlimizdən gələni etmək üçün çalışacağıq. Daha yaxşı nəticələr ldə etmək üçün daha çox yaxşı hazırlaşacağıq. İki gün bizi dəstəkləyən azarkeşlər bizi çox qürurlandırdı. Onlara da çox təşəkkür edirik".
Qeyd edək ki, növbəti mərhələdə "Azərreyil" İspaniyanın "Avarca de Menorca" klubu ilə qarşılaşacaq.
- Azərbaycan ikinci dəfə Avropa Kubokuna ev sahibliyi edir
- Daviti Çivçivadze: “Oyuna tam nəzarət edirdik”
- BOK prezidentinin Olimpiya Oyunları ilə bağlı açıqlaması
- Azərbaycan Qran-prisi: "Formula 1"də üçüncü sərbəst yürüş başa çatıb - YENİLƏNİB
- Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"nin ilk günündə 2 medal qazandı