Kamandan oxatma üzrə Bakı şəhər kubokunun I mərhələsi çərçivəsində böyüklər və U15 kateqoriyaları üzrə növbəti yarış günü gərgin idman mübarizəsi ilə başa çatıb.
Apasport.az xəbər verir ki, böyüklər arasında keçirilən yarımfinal mərhələlərinin nəticələrinə əsasən, qadınlar kateqoriyasında Yaylagül Ramazanova və Lalə İsmayılova qızıl medal uğrunda, Aliyə Əliyeva və Lalə Əbdürəhmanova isə bürünc medal uğrunda qarşılaşacaqlar.
Kişilər arasında isə final görüşündə Məhəmmədəli Əliyev və Sərdar Vəliyev qızıl, Hüseyn Məhərrəmov və Zahid Kazımzadə isə bürünc medal uğrunda hədəf qarşısına çıxacaqlar.
Mövcud reqlamentə əsasən, qızıl medal uğrunda mübarizədə ikinci pilləni tutan idmançılar gümüş medalla mükafatlandırılacaqlar.
Eyni zamanda, yarış proqramına uyğun olaraq U15 kateqoriyası üzrə yeniyetmə idmançıların təsnifat mərhələsi yekunlaşmışdır. Gənc oxatanların yüksək əzmkarlıq nümayiş etdirdiyi bu kateqoriya üzrə həlledici yarımfinal və final görüşləri sabah baş tutacaq və fəxri kürsünün sahibləri müəyyənləşəcəkdir. Yarışların yekununda qalib gələn idmançılar müvafiq dərəcəli medal və diplomlarla təltif olunacaqlar.
- Millinin baş məşqçisi: “Daha yaxşı nəticə üçün mübarizə aparacağıq”
- Kabo-Verde yığması ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb
- Acundan transfer mesajı – “Gələcəkdə yaxşı satışlar etməliyik”
- Yeqor Titov İtaliyaya güvənir: “Təvazökar qələbə gözləyirəm”
- Millimiz Özbəkistanla heç-heçə edib