Bakıda dənizdə batan futbolçunun meyiti tapılıb
18.07.2025 - 10:14
"Zirə"nin futbolçusu vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, U16 komandasının üzvü Fərid Şahverdiyev çimərlikdə boğularaq həlak olub.
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan oyunçunun axtarışları başa çatıb.
Futbolçunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
- Çempionlar Liqası: "Sabah"ın potensial rəqibləri bəlli oldu - YENİLƏNİB
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Keyn "ikinci bahar"ını yaşayır - Növbəti rekord
- Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
- Azərbaycanın cüdo nümayəndə heyəti beynəlxalq seminara qatılacaq
0
0