Bakıda fitnes məşqçiləri üçün UEFA B kursu keçirilib
24.10.2024 - 12:56
AFFA-nın təşkilatçılığı ilə Bakıda UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun II mərhələsi keçirilib.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, üç gün çəkən məşğələlərə UEFA təlimatçısı Fritz Şmid və yerli təlimatçılar Aslan Kərimovla Osman Rəhimov rəhbərlik ediblər.
Tədbirin son günündə “ASK Arena”da praktiki məşq olub.
Qeyd edək ki, məşqçilik kursunun növbəti mərhələləri dekabr və yanvar aylarında təşkil olunacaq.
- Millətlər Liqası: Yığmamız son matçında qələbə qazandı – qrupda ikinci yer
- Azərbaycan millisi Litvaya yollandı
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- İranda ilk dəfə qadın ədalət qoruyucusu hakimlər briqadasına daxil edilib
- Göygöldə yeniyetmələr arasında Avropa Kubokunun püşkatma mərasimi keçirilib
0
0