Bakıda UEFA-nın PRO kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib
21.04.2025 - 16:06

AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov tərəfindən baş tutan modulda ona təlimatçı Osman Rəhimov köməklik edib.
Təhsil və Reabilitasiya Mərkəzində gerçəkləşən dərslərin ilk mərhələsi tanışlıq xarakteri daşıyıb. Kurs haqqında ümumi məlumat verilib, iştirakçıları nələrin gözlədiyi, hansı modulların olacağı və onların kurs ərzində vəzifələri barədə danışılıb.
0
0