“Barselona” onu qaytarır
14.10.2022 - 11:36

“Barselona” futbolçusu Niko Qonsalesi geri qaytarmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi “Valensiya”ya icarəyə verilən yarımmüdafiəçinin vaxtından əvvəl qaytarılmasını istəyir.
Buna səbəb kataloniyalıların heyətində zədəlilərin çox olmasıdır. Bu üzdən yaranan boşluqları aradan qaldırmaq üçün Nikonun qayıdışına ehtiyac yaranıb.
Qeyd edək ki, bu yay “yarasalar”a qoşulan 20 yaşlı yarımmüdafiəçi 7 oyuna 1 qol vurub. Onun icarə müqaviləsi mövsümün sonunda başa çatacaq.
- Millimizin sabiq müdafiəçisi Premyer Liqa arzusunda
- Bürüncə 220 min avro mükafat
- Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlandı
- Lukas Afriko: "Qarabağ"ın futbolçusu qarşılaşdığım ən yaxşı hücumçudur" - Müsahibə
- “Tottenhem” Kuluşevskini saxlamaq istəyir
0
0