
“Barselona” “Lids”in hücumçusu Rafinya Diasın transferindən əl çəkmir.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu yarımmüdafiəçi üçün ingilislərə növbəti dəfə rəsmi təklif göndərib.
Tərəflər arasında iyunun 29-da transfer məsələsi şifahi müzakirə olunub, dünən isə ispanlar faksla təkliflərini göndərib. Ancaq “Lids” rəhbərliyi daha yüksək məbləğ boyun olan “Çelsi”yə üstünlük vermək fikrindədir. Buna baxmayaraq, 26 yaşlı hücumameyilli oyunçu özü və meneceri Deku “zadəganlar”la müqaviləyə yaxın durmur.
Qeyd edək ki, Rafinya ötən mövsüm “Lids”in heyətində 35 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə verib.
- 40 yaşlı qapıçı karyerasını bitirəcək
- Felipe Melo “Fənərbaxça” kapitanını təbrik edib
- İngiltərə son dəqiqə qolu ilə finala yüksəlir - YENİLƏNİB
- Ramin Quliyev: "Neftçi"də mövsümün gedişindəki uğurlu seriyanı saxlasaydı, fərqli alınardı" - MÜSAHİBƏ
- Matçdan sonra gərginlik: Azarkeş Burak Yılmazı əsəbiləşdirdi - VİDEO