Berdıyev "Kəpəz"in futbolçusunu komandasında istəyir - Özəl
29.12.2024 - 16:49

“Kəpəz”in hücumçusu Orxan Əliyev karyerasında dəyişiklik edə bilər.
Apasport.az saytına verilən məlumata görə, bu mövsüm Premyer Liqada uğurla çıxış edən komanda onu transfer etmək istəyir.
29 yaşlı futbolçunun xidmətində “Turan Tovuz” maraqlıdır.
Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev onu sərəncamında görmək istəyir. Əliyevin qış “transfer pəncərəsi”ndə Tovuz təmsilçisinə keçəcəyi gözlənilir.
Orxanın “Kəpəz”lə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
- Premyer Liqa klubu braziliyalı ilə müqavilə yeniləyib
- Azərbaycan 2023-cü ildə cüdoda ilk qızıl medalını qazandı - FOTOLENT
- “Frayburq” – “Qarabağ” oyununun hakimləri açıqlandı
- Azərbaycanda oynamaq istəmədi, Lüksemburqu seçdi
- Gəncə Regional Voleybol Klubunun yeniyetmə voleybolçuları ilə görüş keçirilib
0
0