Berezutski islahatlara başladı - ”Sabah”a rusiyalı futbolçu gətirir
04.12.2024 - 18:22
“Sabah”ın baş məşqçisi Vasili Berezutski rusiyalı futbolçuların xidmətində maraqlıdır.
Apasport.az saytına verilən məlumata görə, mütəxəssis qışda, ən yaxşı halda isə yayda istədiyi oyunçuları komandasına dəvət etməyi planlaşdırır.
Berezutskinin siyahısında Zelimxan Bakayev də yer alıb. Hazırda “Ximki”də çıxış edən 28 yaşlı yarımmüdafiəçinin Rusiya klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
O, sözləşmə ilə “Zenit”ə məxsusdur. “Spartak”ın (Moskva) yetirməsi olan Bakayev əsas komandada da oynayıb.
Zelimxan “Arsenal”(Tula), “Əl-Vahda”(BƏƏ) klublarında da forma geyinib.
- Rəşad Rəsullu: "Məqsədimiz qadınlar arasında olimpiya birincisi yetişdirməkdir"
- “Brayton” növbəti dəfə türk klubunun "qapısını döyəcək"
- Elmar Baxşıyev: “Finalda favorit olmur" - MÜSAHİBƏ
- Son 12 ildə transferlərə ən çox pul xərcləyən KLUBLAR
- “Azərreyl”in voleybolçusu: “Çempionluğa qədər gedəcəyimizə əminəm”
0
0