“Beşiktaş” rəsmisi Qurban Qurbanovla görüşdü
30.08.2022 - 15:47
Bakıda səfərdə olan türkiyəli mütəxəssis Önder Karaveli “Qarabağ”ı və klubun akademiyasını ziyarət edib.
Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, klubun bazasına gələn mütəxəssis komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb və ona növbəti oyunlarda uğurlar arzulayıb. Qurbanov ziyarətə görə Önder Karaveliyə təşəkkür edib.
Qeyd edək ki, bir zamanlar “Qarabağ” akademiyasında koordinator işləmiş Önder Karaveli hazırda Türkiyənin “Beşiktaş” klubunda futbol inkişaf direktoru olaraq çalışır.
- “Trabzonspor” ukraynalı futbolçu ilə razılığa gəldi
- "Fənərbaxça" - "Qalatasaray" matçının baş hakimi bəlli olub
- Belçika millisinin sabiq futbolçusuna C seriyasından təklif
- Ukraynalı futbolçular baş məşqçini paltardəyişmə otağından qovdular
- Cüdo üzrə böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
0
0