“Betis” ispaniyalı ilə müqavilə yeniləyib
24.04.2025 - 12:06

İspaniyalı müdafiəçi Mark Bartra “Betis”lə müqaviləsini yeniləyib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçunun yeni sözləşməsinin müddəti 2027-ci ilin ortalarınadək qüvvədə olacaq.
Bartra cari mövsümdə “Betis”in heyətində 29 oyunda iştirak edib, 3 qol vurub. Onun komandası İspaniya çempionatında 32 turdan sonra 51 xal toplayaraq, turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
0
0