Bəxtiyar "Tuzlaspor"da formadan uzaq qalıb
08.02.2024 - 21:26
Türkiyənin “Tuzlaspor” klubunda çıxış edən Bəxtiyar Həsənalızadə qarşıdakı turda da meydana çıxmayacaq.
Apasport.az saytına verilən məlumata görə, hazırda müalicəsini davam etdirən millimizin üzvü Birinci Liqanın 22-ci turunun “Adanaspor”la matçında da oynamayacaq.
Bəxtiyarın müalicəsi hələ davam edir. Onun müalicəsi başa çatdıqdan sonra kollektivlə məşqlərə qoşulacaq.
Bu isə həftəsonuna təsadüf edəcək.
Qeyd edək ki, Həsənalızadə artıq bir aydan çoxdur ki, meydanlara çıxmır. Buna səbəb isə onun belindəki ağrılardır.
- İtaliya nəhəngi Xavinin xidmətində maraqlıdır
- "Mançester Siti" mövsümdə 3-cü dəfə lideri məğlub etdi
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- Azərbaycan millisinin baş məşqçisi bəlli olub
- Yığmamızın baş məşqçisi: “Beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik”
0
0